Bakının Yasamal rayonunda nəqliyyatın hərəkətində dəyişiklik olub.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, görülən təmir işləri ilə əlaqədar Əbdülvahab Salamzadə küçəsindən "Qələbə" dairəsi istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb:
"Bununla əlaqədar sürücülərdən xahiş edirik ki, həmin ərazidə hərəkət istiqamətinin dəyişdirilməsini nəzərə alaraq təmir başa çatanadək alternativ yollardan istifadə etsinlər".