Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
12 iyun 2021 12:35 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ziya Bünyadov prospektindən 9-cu köndələn küçəsi ilə Xəlil Rza Ulutürk küçəsi istiqamətində və Ziya Bünyadov prospektindən Böyükşor bulvarı istiqamətində Xəlil Rza Ulutürk küçəsi ilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən istiqamətlərdə hərəkətə qoyulan məhdudiyyətin məqsədi stadion istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Vaqif Əsədov onu da qeyd edib ki, həmin yoldan yalnız aşağıda fotosu göstərilən xüsusi işarəsi olan avtomobillərin hərəkətinə icazə veriləcək.

"Bununla bağlı polisdən əlavə təşkilat komitəsinin nümayəndələri də Ziya Bünyadov prospektindən Olimpiya istiqamətinə aparan yollarda xidmət apararaq avtomobillərin şüşələrinə vurulan xüsusi işarələri yoxlayır və həmin nəqliyyat vasitələrinin buraxılmasını təmin edir", - deyə V. Əsədov bildirib.

# 3003
avatar

Oxşar yazılar