Bakının bu ərazilərində qaz kəsilib
25 avqust 2025 13:25 (UTC +04:00)

Bakının bu ərazilərində qaz kəsilib

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Məlumata görə, hal-hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar