Şəhid general-mayor Polad Həşimov
07 may 2021 17:24 (UTC +04:00)

Şəhid general-mayor Polad Həşimov

Bakıdakı bu küçəyə Polad Həşimovun adı verildi

Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin aprelin 13-dəki sərəncamına əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib.

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq. 

Qeyd edək ki, Polad Həşimovun adı verilən küçədə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yerləşir. 

# 3582
avatar

Oxşar yazılar