Bakıda yollar  buz bağlayacaq   - XƏBƏRDARLIQ
10 yanvar 2023 15:55 (UTC +04:00)

Bakıda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının 12-dək yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala,  Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında da yolların buz bağlayacağı gözlənilir.

Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 m-dək məhdudlaşacağı ehtimalı var.

# 2034
avatar

Oxşar yazılar