Bakıda yeni direktor müavinləri seçildi
11 iyun 2021 12:03 (UTC +04:00)

Bakıda yeni direktor müavinləri seçildi

2020-2021-ci tədris ili ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 43 nəfər təyin olunub.

Lent.az-a bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə 23 nəfər təyin olunub.
 

# 1311
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar