Bakıda tozun miqdarı normadan 5.9 dəfə  ÇOXDUR
23 aprel 2021 17:12 (UTC +04:00)

Bakıda tozun miqdarı normadan 5.9 dəfə ÇOXDUR

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, qurumun əməkdaşlarının keçirdiyi növbəti monitorinqlərin nəticəsinə görə, aprelin 23-də Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında  tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Aprelin 22-də isə gün ərzində tozla bağlı orta  çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub. 

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi  (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Nigar Adil

Oxşar yazılar