Bakıda toz dumanı müşahidə edilir
01 sentyabr 2021 13:37 (UTC +04:00)

Bakıda toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada  tozun miqdarı normadan 2 dəfə çoxdur. 

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.

# 1632
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar