Bakıda TIR-ların yolu bağlamasına görə CİNAYƏT İŞİ AÇILDI   - YENİLƏNİB
17 fevral 2022 19:06 (UTC +04:00)

Bakıda TIR-ların yolu bağlamasına görə CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Bu gün TIR sürücülərinin paytaxtın H.Əliyev prospektində yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bu barədə Lent.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə   Nərimanov Rayon Polis İdarəsinin İstintaq  Şöbəsində Cinayət işi başlanılıb:

"Məsələyə hüquqi müstəvidə qiymət veriləcək"

***

14:21

"TIR sürücülərinin etirazı ilə bağlı bəzi şəxslərin cəzalandırılmassı və işdən çıxarılması xəbərini təkzib edirik". 

Bunu Lent.az-a açıqlamasında Rabitə və Texnologiya nazirliyinin rəsmisi Pərvanə İmanova deyib. O bildirib ki, heç kəs cəzalanmayıb və heç kim işdən çıxarılmayıb.

Qeyd edək ki, Rəşad Nəbiyevin baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq etdiyi, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırması ilə bağlı məlumat yayılmışdı. 

***

13:18

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

İclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

AYNA-nın sədri Anar Rzayev

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək./ qaynarinfo

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9838

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47