Bakıda növbəti dezinfeksiya işləri aparılacaq.
Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə sabah, yanvar ayının 16-i səhər saatlarından şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.