Bakıda müəllimləri təhqir edən direktorla bağlı araşdırma aparılır
06 mart 2025 12:42 (UTC +04:00)

Bakıda müəllimləri təhqir edən direktorla bağlı araşdırma aparılır

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bu barədə Lent.az-a MÜTDA-dan açıqlama verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar