Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.
Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.