Bakıda heç kimin balansında olmayan yol – Sahibi tapılmır
04 aprel 2023 12:54 (UTC +04:00)

Bakıda heç kimin balansında olmayan yol – Sahibi tapılmır

Bakı şəhərinin  Xətai rayonu ərazisində Mirzə Davud adlı bir küçə var. Bərbad gündə olan bu küçənin sahibi yoxdur. Daha doğrusu ona sahiblənmək istəyən tapılmır. Bu küçədə 5000-dən çox insan yaşayır. Gözdən uzaqda deyil. 8 Noyabr prospektindən ayrılan yol bu küçəyə girir. Şəhərin göbəyində ucqar kənd ab- havasında olan yolları getmək üçün traktor lazımdır. Yağışlı günlərdə bu küçə dönüb Venesiya kimi göllər diyarı. 

Amma turist qəbul eləmir. Çünki turistin küçəyə girməsi üçün gərək qanadları ola. Mirzə Davud küçəsinin sakinləri dəfələrlə  Xətai Rayon icra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsələr də, müraciətlər cavabsız qalır. Gah deyirlər təmir edəcəyik, gah da deyirlər biz belə vəd verməmişik.

İndi küçənin sakinləri bu tapmacanın həllini tapası adama  hədiyyə hazırlayıblar.Bilmək istəyirlər onlar kimə aiddirlər. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Mirzə Davud küçəsi onların balansında deyil.

Xətai Rayon İcra Hakimiyyəti isə gah bizlik deyil, gah da  “səbirli olun, plandadır, iş görüləcək” deyir. Nə vaxt görüləcək, bax bunu deyən yoxdur. Bu küçədədən çala- çuxurlu yollarla  birinci sinfə gedən oğlanlar artıq əsgərliyə gedib fəliblər, qızlar  isə indi də uşçaqlarınıln əlindən tutub aparırlar. Səbir deyilən o məvhumun uzunluğu nə qədərdir?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar