Bakıda dezinfeksiya aparılacaq -  DİQQƏT
18 dekabr 2020 09:38 (UTC +04:00)

Bakıda dezinfeksiya aparılacaq - DİQQƏT

Dekabrın 19-da Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Lent.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.
 
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaq xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar