taxi
Həbibə Nəzərova, İntizar Məmmədova
11:47 11 dekabr 2020

Həbibə Nəzərova, İntizar Məmmədova

Bakıda daha iki həkim koronavirusdan öldü - FOTO

madeyra

8 saylı şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

# 1005
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar