Bakının Xətai rayonunda bu gün daha bir məktəb koronavirus səbəbindən karantinə bağlanıb.
APA-nın məlumatına görə, 59 nömrəli tam orta məktəb də koronavirus səbəbindən distant təhsilə keçib. Virusa yoluxanlar arasında məktəb direktorunun olduğu da bildirilir.
Qeyd edək ki, bu gün Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb də koronavirusa yoluxma səbəbindən distant təhsil keçib.