Sabahdan 216 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə Səfəvilər küçəsi 70, Gülüstan küçəsi 47A və Sabunçu qəs-Şəhər şosesindəki "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.