Bakıda daha bir marşrut kartla ödənişə keçdi
20 may 2021 12:47 (UTC +04:00)

Bakıda daha bir marşrut kartla ödənişə keçdi

Bu gündən artıq 31 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi əsasında fəaliyyət göstərir. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə. sərnişinlərin rahatlığı və "BakıKart" balansının artırılması üçün sözügedən marşutun hərəkət istiqaməti üzrə bir sıra ünvanlarda ("OBA" market daxilində) POS terminallar quraşdırılıb. 

Belə ki, 31 nömrəli müntəzəm marşrut xətti üzrə Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi və Əziz Nəzərov küçələrində yerləşən “OBA” marketlərdə kart balansının artırılması üçün POS terminallar quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar