Bakıda daha bir küçədə avtobus zolağı quruldu-FOTO
29 yanvar 2021 16:40 (UTC +04:00)

Bakıda daha bir küçədə avtobus zolağı quruldu-FOTO

Daha bir küçədə xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, bu çərçivədə Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub:

"Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

Məlumat üçün bildirək ki, Rəşid Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-ə yaxın avtobus keçir. 

Zolağın tələbinə əməl etməklə gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradılacaq.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk".

# 1563
avatar

Mehman Nəbiyev

Oxşar yazılar