Bakıda bir uşağı polisin, digərini TV-nin qabağına ATDILAR
04 noyabr 2023 14:09 (UTC +04:00)

Bakıda bir uşağı polisin, digərini TV-nin qabağına ATDILAR

Bakıda bu həftə 2 uşaq küçəyə atılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, hadisələrdən biri Sabunçu rayonu ərazisində qeydə alınıb. Ana 6 yaşlı oğlunu rayon Polis İdarəsinin bölmələrindən birinin qarşısına ataraq, naməlum istiqamətdə gedib.

Digər hadisə isə Yasamal rayonu ərazisində baş verib. Burada isə nənə 7 yaşlı oğlan nəvəsini “Space TV”nin yaxınlığındakı parkda tərk edib.

Hadisələrin səbəbi məlum deyil. Ancaq məlumata görə, Sabunçuda tərk edilən 6 yaşlı oğlanın anası elektron qolbaq taxmaqla şərti olaraq həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6390
avatar

Oxşar yazılar