Bu gündən Xudu Məmmədov küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən M1, M2, M6, 11, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri məhdudiyyətlərə uyğun olaraq digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.