Bakı-Sumqayıt qatarında texniki nasazlıq səbəbindən qatar mənzil başına təxminən 40 dəqiqə gecikib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsindən APA-ya verilən məlumata görə, hazırda nasazlıq aradan qaldırılıb və qatar yola salınıb.
Hadisə ilə əlaqədar saat 18:50-də Bakıdan Sumqayıta yola düşməli olan növbəti qatarın hərəkət qrafiki dəyişib.
***
18:27
Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, “Zabrat-2” stansiyasını keçəndən sonra qatar dayanıb.
İlkin məlumata görə, buna səbəb kontakt şəbəkədə yaranan texniki nasazlıqdır.
Hazırda nasazlığın aradan qaldırılması üçün tədbir görülür.