Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilməyə başlanılıb.
Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.
O bildirib ki, artıq dünəndən başlayaraq paytaxtda qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.