"Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür".
Bu barədə "Bakı Metropoliteni"ndən Lent.az-a məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.
***
12:57
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Bu barədə Bakı Metropolitenindən Lent.az-a məlumat verilib.
Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
12:43
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Metropolitendən Lent.az-a bildirilib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb:
"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".
***
12:32
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Lent.az-a metropolitendən bildirilib ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.