Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
Lent.az-ın “Kyodo”ya istinadən yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.
Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.
Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.
Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.
Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.