Xocalıda külli miqdarda narkotik belə məhv edildi
21 aprel 2026 10:16 (UTC +04:00)

Xocalıda külli miqdarda narkotik belə məhv edildi

0

Xocalıda məhkəmənin qərarı ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

Bu barədə Lent.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Xocalı rayon Polis İdarəsi tərəfindən qeydə alınmış 17 cinayət işi üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib. Videoçəkiliş aparılıb və həmin görüntülər müvafiq məlumat daşıyıcısında aktlara əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar