"Qohum əqrəbada pul-para qoymadım" - Səmədağa Ağalarovun İŞİ
21 aprel 2026 13:19 (UTC +04:00)

"Qohum əqrəbada pul-para qoymadım" - Səmədağa Ağalarovun İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Səmədağa Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ittiham aktı elan olunub. Təqsirləndirilən S. Ağalarov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib:

"Şikayət olunana qədər zərərçəkəninin 45 000 manatını ödəmişdim, sonra 9 000 də bir ödədim".

Zərərçəkmiş şəxs Həziyev Seymur təqsirləndiriləni qardaşı vasitəsilə tanıdığını bildirib:

"Qardaşım Elnur zəng elədi ki, Səmədağa gələcək, bu qədər pul lazımdır, qurtaracaq məni. Zəngləşib danışdıq, gəldi rayona. Dedi  ki, qabaqcadan 3000 ver, vəkil tutacam. Əlimdə-ovcumda yox idi, mən də banka girib hissə-hissə o məbləği verdim, qohum əqrəbada pul-para qoymadım. Elə bu gün-sabah deyə-deyə iş axır gəlib bura çıxdı. İndiyədək banka pul ödəyirəm. Pulumu qaytarsa, həbs olunmağını istəmərəm".

Növbəti proses 13 may saat 12:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2019-cu ildə baş verib. Belə ki, Səmədağa Ağalarov vətəndaş Seymur Həziyevin həbsdə olan qardaşını şərti olaraq buraxdıracağı vədini verərək, ondan müxtəlif vaxtlarda ümumilikdə 74 000 manat pul alıb.

Faktla bağlı cinayət işi başlanılıb, Səmədağa Ağalarov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar