Bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadıldı
30 avqust 2021 23:02 (UTC +04:00)

Bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadıldı

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.

Lent.az xəbər verir ki, ixtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

 I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.

V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.
 

# 1521
avatar

Oxşar yazılar