“Azərsun Holdinq” “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirir
10 may 2023 10:29 (UTC +04:00)

“Azərsun Holdinq” “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirir

 

Ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması və təbliğinə həssaslıqla yanaşan “Azərsun Holdinq” Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə elan edilən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirir.

İlk növbədə ilin əvvəli Ulu Öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev-100” adlı nəfis tərtibatlı təqvim hazırlanıb.

Bununla yanaşı hazırlanmış özəl animasiyaların əlçatanlığının təmin olunması üçün 100il.azersun.com ünvanında “Təqvim”in onlayn versiyası da hazırlanaraq istifadəyə verilib.

Yüksək peşəkarlıqla hazırlanmış saytda Ümummilli Liderin həyat və fəaliyyəti, Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası haqqında geniş informasiya öz əksini tapıb.

Görülən işlər çərçivəsində xalq artisti Faiq Ağayevin ifasında səslənən, sözləri və musiqisi Xanım İsmayılqızına məxsus “Dahi”əsərinə yeni nəfəs verilib. Yeni aranjemanda təqdim edilən mahnı böyük maraqla qarşılanıb.

Eyni zamanda “Azərsun Holdinq”in rəhbər heyətinin və kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Fəxri xiyaban ziyarət olunub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Tədbirlər planı çərçivəsində “Azərsun Holdinq” tərəfindən “Dreamland Baku Golf Villas & Residences”də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası da keçirilib.

Ümummilli Lider Heydər Əliyevin irsinin yaşadılması üçün “Azərsun Holdinq” gələcəkdə də silsilə layihələr həyata keçirməyə davam edəcək.

 

# 1500
avatar

Oxşar yazılar