“Azerçay” şəhid Pənah Məmmədovun xatirəsinə həsr olunan tədbir təşkil edib
07 noyabr 2023 18:29 (UTC +04:00)

“Azerçay” şəhid Pənah Məmmədovun xatirəsinə həsr olunan tədbir təşkil edib

Yaranan gündən ölkəmizin dəyərləri, tarixi və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan “Azerçay” növbəti dəfə ənənəsinə sadiq qalıb. Dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan milli markamızın dəstəyi ilə bu dəfə Şəkinin Zəyzid kəndində 8 noyabr “Zəfər Günü” münasibəti ilə və Şəhid Pənah Məmmədovun əziz xatirəsinə həsr olunan tədbir keçirilib.

Şəhid ailəsinin ziyarəti ilə başlanan tədbirdə kənd icra nümayəndə heyəti, məktəbin rəhbər və müəllim heyəti, “Azərsun Holdinq”in regional satış rəhbərliyi və “Azerçay” marketinq komandası iştirak edib. Qonaqlara çay ziyafətinin verildiyi layihədə iştirak edən şagirdlərə çay çeşidləri və məktəb ləvazimatları hədiyyə olunub.

Bununla yanaşı marka nümayəndələri şəhid ailələrinə də müxtəlif çay çeşidlərindən hədiyyə təqdim edib.

Qeyd edək ki, Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tədbirdən videonu izləmək üçün keçid:

https://youtu.be/b2KRlccuX5I

 

# 2223
avatar

Oxşar yazılar