Azərbaycanlını baş həkim  təyin etdilər
13 mart 2026 10:14 (UTC +04:00)

Azərbaycanlını baş həkim təyin etdilər

0

Rusiyanın Sverdlovsk vilayətinin qubernator müavini və səhiyyə naziri Tatyana Savinova Vüqar Abdullayevi Krasnoufimsk rayon xəstəxanasının baş həkimi vəzifəsinə təyin edib. Yeni rəhbər 13 mart 2026-cı ildən etibarən vəzifəsinin icrasına başlayacaq.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Vüqar Abdullayev 1987-ci ildə anadan olub. O, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını bitirib. Daha sonra Ural Dövlət Tibb Universitetində pulmonologiya üzrə ordinatura və terapiya üzrə internatura keçib.

Əmək fəaliyyətinə Yekaterinburqdakı tibb müəssisələrində terapevt və pulmonoloq kimi başlayıb. 2019–2025-ci illərdə Krasnoufimsk rayon xəstəxanasında çalışıb və 2020–2023-cü illərdə müalicə işi üzrə baş həkimin müavini vəzifəsini icra edib. Son üç il ərzində (2023-cü ilin aprelindən) Açit Mərkəzi Rayon Xəstəxanasına rəhbərlik edib.

Vüqar Abdullayev

Nazirlikdən qeyd ediblər ki, Krasnoufimsk xəstəxanasında iş təcrübəsi olan və regionun xüsusiyyətlərini yaxşı bilən Abdullayevin təyinatı tibb müəssisəsinin inkişafına, rayon sakinləri üçün tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılmasına, həmçinin xəstəxananın kadr potensialının gücləndirilməsinə xidmət edəcək.

Tatyana Savinovanın 5 aprel 2025-ci ildə vəzifəyə təyin olunmasından sonra regionda genişmiqyaslı kadr dəyişiklikləri başlayıb. Keçən ilin sonunda Aleksandr Prudkov 15 il ərzində tutduğu 40 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsindən ayrılıb.

Tibb müəssisəsinin rəhbəri vəzifəsinə Pavel Myasnikov təyin edilib. Onun bu posta gətirilməsi peşəkar ictimaiyyət üçün gözlənilməz olmayıb: o, daha əvvəl Krasnoufimsk Rayon Xəstəxanasına rəhbərlik edib və agentliyin mənbələri rəsmi qərardan əvvəl də onun 40 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə keçə biləcəyi ehtimalını bildirirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar