Azərbaycanlı milyonçu Telman İsmayılov
12 may 2021 14:38 (UTC +04:00)

Azərbaycanlı milyonçu Telman İsmayılov

Azərbaycanlı milyonçunun 4 milyon dollarlıq torpağı – ORADA ŞƏHƏR SALA BİLMƏDİ

Azərbaycanlı milyonçu Telman İsmayılovun 2550 hektar torpaq sahəsi satışa çıxarılıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, torpaq sahəsi Moskvanın Klinski rayonunda yerləşir. Telman İsmayılov həmin ərazidə 1 milyon kvadratmetrlik sahəsi olan şəhər tikməyi planlaşdırıb.

Torpaq sahəsinin qiyməti 4 milyon 300 min dollar dəyərində olduğu bildirilir.

Hərracda azərbaycanlı biznesmenin torpağına sahib çıxan olmayıb. 
 

# 3006
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar