Azərbaycanlı gənc Avropada  təkbaşına aksiya keçirir,   ermənilər isə...
21 sentyabr 2022 15:18 (UTC +04:00)

Azərbaycanlı gənc Avropada təkbaşına aksiya keçirir, ermənilər isə...

Azərbaycanlı aktivist, Harvard "Extension School"un məzunu, “German Dental Company”də SEO vəzifəsində çalışan Ağa Mehdiyev yenidən Avropa şəhərlərini gəzərək, Azərbaycan reallıqlarının təbliğinə, erməni təxribatına qarşı etiraz aksiyalarına başlayıb. Yenidən deyirik, çünki bu Ağa Mehdiyevin ilk fəaliyyəti deyil.

Lent.az xəbər verir ki, o, Azərbaycana, onun haqq davasına diqqət çəkmək üçün hələ pandemiya başlamazdan və 44 günlük müharibədən öncə bütün Avropanı piyada gəzmiş, olduğu ölkələrdə 30 illik işğal dövrünü, Qarabağ həqiqətlərini anlatmışdı.

Bunu heç kimin istəyi, tələbi olmadan sadə vətəndaş mövqeyini ortaya qoymaq üçün etmişdi. Ağanın fikrincə, hər kəs dövlətimiz, millətimiz üçün əlindən gələni etsə, daha güclü olarıq.

2021-ci ildə Türkiyədə meşə yanğınları zamanı Ağa Mehdiyev bütün işlərini atıb təkbaşına qardaş ölkəyə köməyə getmişdi. Gah su daşımışdı, gah yük, ərzaq. Əlindən gələni etmişdi. Bu günlərdə isə Berlində, Krakovda cəmiyyət qarşısına çıxıb təkbaşına aksiyalar keçirir. Bu şəhərlərin sayını artırmaq niyyətindədir.

“Məqsədim sadə insanları məlumatlandırmaqdır. Ümid edirəm ki, bununla az da olsa, ölkəmə dəstək vermiş oluram. Heç bir siyasi qurumu və ya təşkilatı təmsil etmirəm. Dəstəyim yoxdur, hər şeyi özüm könüllü şəkildə edirəm”,- Ağa Mehdiyev Lent.az-a bildirib.

“Azərbaycan-Qarabağ həqiqətlərini toplum önündə digərləri ilə bölüşməkdəyəm. Xüsusən ingilis dilli mətbuat, siyasi dairələrdə bizə qarşı geniş təbliğatın aparıldığı bir dönəmdə imkanım daxilində bir azərbaycanlı olaraq bunu edirəm. Şəhidlərimizi, onlar üçün axıtdığımız göz yaşlarını düşündükcə, sakit dayana bilmirəm. Özümə borc hesab edirəm, onlar barədə bütün dünyaya xəbər vermək istəyirəm. Belə çıxışlarım zamanı aralarında ermənilərin də olduğu yüzlərlə insanın qarşısına tək çıxıram.

Video çəkməyi ətrafdakılardan xahiş edirəm. Oktyabr ayında ölkəmə dönəcəm. Əgər səfərbərlik olarsa, daha tez qayıdacam. Müharibə istəmirəm, amma tək yolumuz budursa, canımla hazıram, döyüşlərə qatılacam”,- deyən Ağa vurğulayıb ki, getidiyi hər yerdə ermənilər onu izləyir, çıxışlarını çəkirlər. O, bu görüntülərin nə məqsədlə edildiyini bilmədiyini də bildirib..

 

# 1806
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Naxçıvanın həbsdəki keçmiş nazirinin  vəziyyəti AĞIRLAŞDI

Naxçıvanın həbsdəki keçmiş nazirinin vəziyyəti AĞIRLAŞDI

28 noyabr 2022 , 23:10
Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

28 noyabr 2022 , 18:19
 13 hərbçinin meyiti   Ermənistana verildi

13 hərbçinin meyiti Ermənistana verildi

28 noyabr 2022 , 17:39
Bakıda 5 marşrut xətti ilə bağlı  MÜSABİQƏ

Bakıda 5 marşrut xətti ilə bağlı MÜSABİQƏ

28 noyabr 2022 , 17:23
İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

28 noyabr 2022 , 16:21
AzərTAc-a yeni sədr təyin edildi

AzərTAc-a yeni sədr təyin edildi

28 noyabr 2022 , 13:26
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

28 noyabr 2022 , 12:30
ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

28 noyabr 2022 , 10:47