Azərbaycanın MİQ-29 döyüş təyyarəsinin AVİAŞOUDA İLK UÇUŞU  - FOTO
21 sentyabr 2021 19:37 (UTC +04:00)

Azərbaycanın MİQ-29 döyüş təyyarəsinin AVİAŞOUDA İLK UÇUŞU - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Müdafiə Nazirliyindən (MN) Lent.az- verilən xəbərə görə, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.

 

# 1968
avatar

Oxşar yazılar