Azərbaycanın keçmiş Baş naziri  vəfat etdi
13 noyabr 2023 03:43 (UTC +04:00)

Azərbaycanın keçmiş Baş naziri vəfat etdi

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Rəhim Hüseynov “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 1936-cı il aprelin 5-də Bakı şəhərində doğulub.  

1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8244
avatar

Oxşar yazılar