Azərbaycanın bu ərazilərində güclü külək əsir –  FAKTİKİ HAVA
10 noyabr 2021 17:33 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində güclü külək əsir – FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 10-u saat 17:00-a olan məlumata görə,  ölkə ərazisində hava şəraiti dəyişmiş, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

# 2991
avatar

Oxşar yazılar