Azərbaycanda vurulan peyvəndin sayı 1 milyonu keçdi
07 aprel 2021 15:54 (UTC +04:00)

Azərbaycanda vurulan peyvəndin sayı 1 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir. 

# 1773
avatar

Oxşar yazılar