Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1539 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 326 716 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib, aktiv xəstə sayı 15 917 nəfərdir.
Ölkədə son sutka ərzində 9 474 , hazırkı dövrədək isə 3 330 985 test aparılıb.