Azərbaycanda QİÇS-ə nə qədər adam yoluxub? -  STATİSTİKA
16 may 2021 17:11 (UTC +04:00)

Azərbaycanda QİÇS-ə nə qədər adam yoluxub? - STATİSTİKA

Azərbaycanda 3396 nəfər QİÇS-ə narkotik istifadəsi nəticəsində yoluxub.

Lent.az-ın məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb. (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır.
Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil edib ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar