Azərbaycanda peyvənd olunanların  SAYI
29 aprel 2021 16:35 (UTC +04:00)

Azərbaycanda peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 465 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 206 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 471 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 959 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 511 775 təşkil edir.

# 1278
avatar

Oxşar yazılar