Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.