“Aktiv koronavirus xəstələrinin hər hansı ailə şənliyinə gəlməsi qatillikdən başqa bir şey deyil”.
Lent.az məlumat verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, hər bir vətəndaş öz addımlarına məsuliyyətlə yanaşsa, peyvəndləmədə uğur qazanılacaq:
"Bizdə bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək. Ona görə yaxınlarımızı peyvəndləməyə çağırırıq”.