Azərbaycanda ötən il 17 mindən çox  AİLƏ DAĞILIB
16 fevral 2022 16:33 (UTC +04:00)

Azərbaycanda ötən il 17 mindən çox AİLƏ DAĞILIB

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 56314 nikah və 17191 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60,0 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.

Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2,0), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar