Artıq bir müddətdir ki, psixoloji mərkəzlər tərəfindən şəhid ailələrinə, hərbçilərə və terror qurbanlarına psixoloji dəstək göstərilməsi işlərinə başlanılıb.
Lent.az bugünkü “Bir sual – bir cavab” rubrikasında psixoloji mərkəzlərə müraciət edən və dəstək göstərilən şəxslərin sayı ilə maraqlanıb.
TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı mövzu ilə bağlı bildirib ki, martın 15-dən iyulun 8-nə qədər psixoloji mərkəzlər tərəfindən 1 196 psixoloji xidmət göstərilib:
"Bunlardan 354-ü şəhid ailəsi, 486-sı hərbçilər, 156-sı isə terror qurbanları olub".