Azərbaycanda nə qədər insan böyrək xəstəliyindən əziyyət çəkir? - CAVAB
15 mart 2022 13:06 (UTC +04:00)

Azərbaycanda nə qədər insan böyrək xəstəliyindən əziyyət çəkir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu Azərbaycanda olan böyrək xəstələrinin sayı ilə bağlıdır. 

“Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş- Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev deyib.

Bəs, Azərbaycanda nə qədər insan böyrək xəstəliyindən əziyyət çəkir?

Lent.az-ın bu sualını da mütəxəssis-ekspert, nefroloq Fariz Babayev cavablandırıb. 

“Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45%-i (təxminən 3700 xəstə) BXX səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər. Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar”.

O, həmçinin qeyd edib ki,respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Aytəkin Cəlali

Oxşar yazılar