Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu Azərbaycanda yaşayan əcnəbilərin sayı ilə bağlıdır.
Lent.az xəbər verir ki, bununla bağlı məlumat verən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, hazırda ölkədə 127 min əcnəbi yaşayır:
"Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir. Ölkədə daimi yaşamaq üçün 33,3 % faiz artım olub".