Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.