Azərbaycanda məktəbli qızların sayı  KƏSKİN AZALIB   -  RƏSMİ
24 noyabr 2021 12:46 (UTC +04:00)

Azərbaycanda məktəbli qızların sayı KƏSKİN AZALIB - RƏSMİ

“Gender problemi ilə əlaqədar ən yanlış düşüncə bunun yalnız qadınlara aid məsələ olması fikridir".

Lent.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, cəmiyyətin ən böyük problemidir:

"Qadınların fəal iştirakı cəmiyyətdə əlavə dəyər yaranmasına, fəaliyyətlərin çeşidlənməsinə səbəb olur. Avropada iqtisadçılar iqtisadi artım tempini gender bərabərliyi ilə əlaqələndirir".

Onun sözlərinə görə, 15 ildə ali məktəblərə qəbulda texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb:

"Peşə imkanları olmayanların çoxu erkən nikahın qurbanı olur, öz haqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar. Bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir".

 

# 2226
avatar

Aytəkin Cəlali

Oxşar yazılar