Ölkə üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən məlumat verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.0 faiz.
Aranda yoluxma 13.5 faiz, Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 8.3 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.9 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.
Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.