Oğuz şəhər 3 saylı məktəb-lisey COVİD-19 virusuna görə bağlanıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, tədris ocağının 5 müəllimi və 2 texniki işçisində koronavirus aşkarlanıb.
Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən məktəb aprelin 9-dan iki həftə müddətinə bağlanacaq, dərslər onlayın formatda keçiriləcək.